Ağdam rayonunda intihar hadisəsi baş verib.
BakuPost.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun "Dörd yol-1" qəsəbəsində qeydə alınıb.
Məcburi köçkün, 1997-ci il təvəllüdlü Cəmilə Gülmalızadə yaşadığı evin həyətindəki yarım tikilidə özünü asıb. İyirmi yaşlı qızın özünə qəsd etməsinin səbəbləri məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.