Dənizkənarı Milli Parkda intihar hadisəsi olub.
“Qafqazinfo” xəbər verir ki, şəxsiyyəti hələ ki, məlum olmayan 55-60 yaşlı bir nəfər intihar məqsədi ilə özünü dənizə atıb.
Ətrafa xeyli insan yığılsa da, boğulan kişini xilas etmək üçün suya atılan tapılmayıb. Daha sonra FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib və vətəndaşın cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Şahidlər hadisə ilə bağlı videonu “Qafqazinfo”ya göndəriblər.