azia.az
azia.az

Qatar relsə uzanan adamın üstündən keçdi

30-05-2017, 11:41

Qatar relsə uzanan adamın üstündən keçdi


Siyəzəndə dəhşətli hadisə baş verib.

“Qafqazinfo” Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, qatar rayonun Yenikənd kəndinin sakininin üzərindən keçib.

Məlumata görə, sərxoş vəziyyətdə relslərin üzərində uzanan, 1981 —ci il təvəllüdlü Eyvazov Samir Kamran oğlu qatarın gəlişini hiss etməyib və nəticədə qatar onun üzərindən keçib. Xəstə Siyəzən Müalicə Diaqnostika Mərkəzinə aparılsa da, yolda keçinib. Ölən şəxsin maşinist köməkçisi işlədiyi bildirilir. Hadisə gecə saat 1-2 radələrində baş verib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi