azia.az
azia.az

Şok! Aktyor “Facebook” canlı yayınında intihar etdi

27-01-2017, 18:39

Şok! Aktyor “Facebook” canlı yayınında intihar etdi
33 yaşlı amerikalı aktyor Frederik Cey Bodi “Facebook” da canlı yayında intihar edib.

İstiPress-in “HaberTürk”ə istinadən verdiyi xəbərə görə, intihar barədə xəbər tutan polis Bodinin avtomobilinə yaxınlaşanda gənc aktyorun cansız bədəni ilə qarşılaşıblar.

Keçən həftə Kaliforniyada cinsi hücumda günahlandırılaraq nəzarətə alınan Bodinin 100 min dollar girov qarşılığında sərbəst buraxıldığı deyilir.

Bodinin intihar videosunun “Facebook”dan silindiyini deyən sosial şəbəkə rəhbərliyi bildirib: “Biz insanların təhlükəsizliyi ilə bağlı məsuliyyət daşıyırıq və çətinlikdə olanlara yardım etmək üçün dünyanın bir çox təşkilatları ilə əməkdaşlıq edirik”.

Silahla başından vurulmuş halda tapılan Bodinin intiharını canlı yayında izləyənlərdən biri “səsi, kədəri, göz yaşları, söylədiyi sözlər, tətiyi çəkməsi məni məhv elədi. O səsi heç zaman unutmayacağam”,- deyə fikrini ifadə edib.

33 yaşlı Frederik Cey Bodi televiziya seriallarına, o cümlədən, “The Island” və “Big Brother” kimi realiti şoulara da çəkilmişdi.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi