azia.az
azia.az

Pozğunluq edən qadın əri ilə dalaşdı, qardaşı isə onu... — Şok olay

17-02-2022, 11:54

Pozğunluq edən qadın əri ilə dalaşdı, qardaşı isə onu... — Şok olay
Gəncə şəhərində 1990-cı il təvəllüdlü Fərid şəxsi münasibətlər zəminində bacısı Fərqanəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən il avqustun 12-də baş verib. Fərid həmin gün saat 18 radələrində bacısı Fərqanənin yaşadığı evə gec gəldiyinə görə aralarında şəxsi münasibətlər zəminində mübahisə baş verib. Mübahisə zamanı Fərqanənin bıçaqla vurub.

İstintaq orqanı tərəfindən Fəridin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fərid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, avqustun 12-də bacısı Fərqanə ilə əri Şəmisəddin mübahisə ediblər:”Şəmisəddindən onların mübahisə etməsinin səbəbini soruşdum. Şəmisəddin Fərqanənin pis yola düşdüyünü, pozğunluq etdiyini, evə gec gəldiyini, buna görə də mübahisə etdiklərini, Fərqanənin onun sözünü eşitmədiyini, dediklərinə məhəl qoymadığını dedi. Təxminən 15 dəqiqə sonra Fərqanə evlərindən həyətə çıxdı. Mən də öz evimin həyətindən Fərqanəyə səsləndim. Ona niyə evə gec gəldiyini dedim. Fərqanə də mənə kobud cavab verdi. Fərqanənin bu formada mənə cavab qaytarması, həmçinin mütəmadi olaraq evə gec gəlməsi, barəsində xoşa gəlməz sözlər eşitməsi məni özümdən çıxardı. Yaşadığım evə keçdim, mətbəxdən bıçaq götürdüm. Sona onların həyətinə getdim. Fərqanəyə yenidən iradımı bildirdim. Fərqanə isə yaxşı elədiyini, ona qarışmamağımı dedi”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, bu zaman bacısının sözlərindən daha da əsəbiləşib: “Əlimdəki bıçağı Fərqanəyə sarı qaldırdım və onun saçından tutaraq mənə cavab qaytarmamasını dedim. Həmin vaxt bıçağı hərəkət etdirdiyimə, həmçinin Fərqanənin özünün də hərəkət etdiyinə görə bıçaq onun çənə və boyun nahiyəsini sıyırdı. Fərqanə əli ilə məni itələdi, üzümə şillə ilə vurdu. Fərqanənin mənə qarşı belə addım atmasından daha da əsəbiləşdim. Bıçağı Fərqanənin qarnının sol tərəfinə soxdum. Bu vaxt Fərqanə əli ilə mane olmağa çalışarkən bıçaq onun sol əlinin pəncə hissəsini də kəsdi. Sonra peşman olaraq bıçağı yerə atdım, ayağım ilə sındırdım. Yoldan keçən taksi ilə Fərqanəni xəstəxanaya apardım. Sonra polis idarəsinə gedərək təslim oldum”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Fərqanə deyib ki, avqustun 12-də evdə əri Şəmisəddinlə mübahisə edib və əsəbiləşərək yaşadığı evdən çölə çıxıb: “Bu zaman qardaşım Fərid öz evinin həyətindən məni səslənərək niyə evə gec gəldiyimi dedi. Fəridin mənimlə bu formada danışmasına əsəbləşdim, ona kobud cavab verdim. Fərid isə əsəbi şəkildə ona gözləməyimi dedi, öz evlərinə keçdi. Mən də həyətdə Fəridi gözlədim. Sonra Fərid əlində bıçaqla yanıma gəldi, mənə yenidən iradını bildirdik. Yenə də Fəridə yaxşı elədiyimi, mənə qarışmamasını dedi. Bu zaman Fərid daha da əsəbiləşdi, əlindəki bıçağı mənə sarı qaldırdı, saçımdan tutdu, ona cavab qaytarmamağımı dedi. Həmin vaxt Fəridin əlindəki bıçaq mənim çənə və boyun nahiyəmi sıyırdı. Fəridi itələdim, ona rədd olmasını dedim, üzümə şillə ilə vurdum. Fərid bu dəfə daha da əsəbiləşdi, bıçağı qarnımin sol tərəfinə soxdu”.

Fərqanə ifadəsinə əlavə olaraq bildirib ki, təqsirləndirilən şəxs olan qardaşı Fəridlə barışıb, müalicəsi ilə bağlı xərclərin qardaşı tərəfindən ödənilub. Deyib ki, ona qarşı heç bir şikayəti yoxdur.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Fəridin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 2 il 8 ay müddətinə şərti cəza verilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi