azia.az
azia.az

42 zərbə vuraraq öldürdü: “Sonuncu sözü “mən sənin atanam” oldu”

9-12-2021, 08:46


Bakı şəhərində atasına 42 bıçaq zərbəsi vuraraq öldürən şəxs hadisənin təfərrüatlarını danışıb.
42 zərbə vuraraq öldürdü: “Sonuncu sözü “mən sənin atanam” oldu”
“Kriminalqafqaz” məhkəmə materiallarına istinadən məlumat verir ki, 21 yaşlı Cavid Əliyev (şərti) ailə münaqişəsi zəminində aralarında yaranan problemlər səbəbi ilə atasından qisas almaq istəyib. Buna görə hadisəni törətməzdən 20 gün öncə mağazadan mətbəx bıçağı alaraq evlərinin çöl hissəsindəki dəmir boruda gizlədib. 2021-ci ilin 13 fevralında isə gecə saatlarında evlərinə gələrək atasının içkili vəziyyətdə olmasını görüb ona 42 bıçaq zərbəsi endirərək öldürüb.


Məhkəmə iclasında ifadə verən təqsirləndirilən Cavid Əliyev bildirib ki, elə uşaqlığından atasından sevgi və qayğı əvəzinə təhqir və şiddət görüb:
“Biz ailədə 4 uşaq olmuşuq. Uşaq vaxtdan elə atam içki içib evə gəlirdi və anamla mübahisə edirdi. Davamlı olaraq bizimlə pis davranırdı. Dalaşdığına və döydüyünə görə anam evdən çıxıb nənəmgilə getmişdi. Həmin vaxt biz evdə onunla tək qalırdıq. Vəziyyətdən istifadə edib böyük bacıma qarşı əxlaqsız hərəkətlər etmişdi. Daha sonra anam onu bağışladı. Davamlı olaraq aralarında belə hallar yaşanırdı və anam onu bağışlayırdı. O da öz əməllərinə davam edib bizi döyür, təhqir edirdi. Buna görə də mənim ona qarşı nifrətim var idi. Onu öldürmək istəyirdim. Bunun üçün gedib marketdən mətbəx bıçağı alıb evimizin çöl qapısının yanındakı dəmir boruda gizlətdim. Bu hadisədən təxminən 20 gün öncə olmuşdu. Bu müddət ərzində ona olan nifrət hissimin dəyişməsi üçün çox çalışırdım. Amma hadisədən 3 gün öncə qardaşımla dalaşması və onu ailəsi ilə birlikdə qovması mənim fikrimi dəyişdirmədi. Biz gedib nənəmgildə qaldıq. Həmin gecə mən evə gəlib bıçağı gizlətdiyim yerdən götürdüm və qapını döydüm. Qapını o açdı və içkili idi. Mənə müqavimət göstərə bilmədi. Ona bıçaq zərbələri endirəndə tək dediyi söz “mən sənin atanam” oldu”.

Mərhumun həyat yoldaşı da öz ifadəsində oğlunun sözlərini təsdiqləyib. O bildirib ki, ailə qurduğu ilk illərdə həyat yoldaşı ilə münasibətləri yaxşı olsa da, sonradan o içki içməyə başlayıb və bununla da evlərində münaqişələr yaranıb:

“Dəfələrlə dava-dalaş olsa da, ailə dağılmasın deyə mən boşanmadım. Hər dəfə onu bağışlayırdım və o da əməllərinə davam edirdi. Hətta qızım 13-14 yaşında olarkən ona qarşı əxlaqsız hərəkətlər də edib. Bunu mən çox sonra bildim. Təxminən 10 il əvvəl o bir qəza törətdi və onun maşınında olan sərnişin ölmüşdü. Buna görə bir neçə aylıq həbs cəzası verildi. Həmin vaxt qızım da olanları danışdı. Əvvəlcə polisə bununla bağlı ərizə versək də, daha sonra geri çəkdik. O həbsdən çıxandan sonra da mən onu bağışladım. Hadisə baş verən günü biz hamımız anamgildə idik. Elə ondan üç gün əvvəl olan dava səbəbi ilə yığışıb gəlmişdik. Günorta hər iki oğlum yemək yeyib bir qədər spirtli içki qəbul etdilər. Amma özlərini idarə edə bilirdilər. Daha sonra ərim bizə zəng edərək evə gəlməyimizi tələb etdi. Bundan sonra Cavidlə də telefonda danışdı və onu söydü. Cavid də cavabında “Mənə deyirsən? Dediyin sözlərin dalında dura biləcəksən?” dedi və telefonu söndürdü. Axşam saatlarında da evdən çıxdı. Daha sonra digər oğlum gəlib dedi ki, atası ölüb. Biz hadisə yerinə gedəndə onun necə ölməsini bildik”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cavid Əliyev 14 il müddətinə azadlıqdan məhrum edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi