İntihar edən 18 yaşlı qız GÖRÜN KİM İMİŞ - 2 NƏFƏR ONU ZORLAYIBMIŞ
Ankarada 18 yaşlı Eda Nur Kaplan on beşinci mərtəbədəki evinin eyvanından özünü atmaqla intihar edib.
Azia.az haberler.com-a istinadən xəbər verir ki, gənc qızın ölümündən əvvəl polisə getdiyi və 2 nəfər tərəfindən cinsi təcavüzə məruz qaldığını bildirib. Polis şübhəlilərdən birini tutlduqdan sonra sərbəst buraxıb, digərinin isə hələ də axtarışda olduğunu açıqlayıb. Gənc qızın yaşadıqları ilə barışa bilmədiyi və təcavüzkarları sərbəst buraxıldıqdan sonra intihar etdiyi iddiası sosial medianı bir-birinə vurub. İddiaya görə, qızı spirtli içki təsiri altında olan iki nəfər zorlayıb. "Ana, balaca qızın artıq bəzi şeylərə dözə bilmir. Artıq hər şeyin yaxşı olacağına inanmır. Öməri, bacım, Aleynanı və Almaniyanı çox sevirəm" deyə qız yazdığı məktubda bildirib.
Kamran Seyidov