azia.az
azia.az

SON DƏQİQƏ: Azərbaycanda RƏİS HƏBS OLUNDU

9-02-2021, 20:27

SON DƏQİQƏ: Azərbaycanda RƏİS HƏBS OLUNDU

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə təqsirləndirilən “Azərpoçt” MMC-nin 5 saylı Poçt Filialının 81 saylı poçt şöbəsinin rəisi Sücayət Ələkbərovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

AZia.az xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə S.Ələkbərov 5 il 6 ay azadlıqdan məhrum edilib və məhkəmə zalından həbs olunub.

İttihama görə, S.Ələkbərovun rəhbərlik etdiyi poçt şöbəsində audit yoxlaması zamanı kassada 25 398 manat və 16 000 ABŞ dolları vəsaitinin çatışmadığı aşkar edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlıəğı) maddəsi ilə ittiham elan olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi