azia.az
azia.az

ABŞ-dan S-400 açıqlaması

24-08-2018, 09:22

ABŞ Dövlət Katibliyinin sözcüsü Hazerr Nauert Rusiyanın Türkiyədə S-400 raket kompkeslərini yerləşdirəcəyinə dair bəyanatına münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, XİN sözçüsü ABŞ-ın Rusiyanın Ankaraya S-400 satmasının əleyhinə olduğunu bildirib:

"Mən bu xəbəri şəxsən oxumamışam, amma reallaşarsa çox məyusedici olar. S-400-lərin Türkiyə də daxil olmaqla, bütün müttəfiqlərimiz tərəfindən istifadəsi bizim siyasətimizə ziddir. Problemin əsas səbəbi sistemin NATO sistemlərinə uyğun olmamasıdır. Xüsusilə də, müttəfiqlərimizin və ortaqlarımızın bu sistemi almasına qarşıyıq. Ölkələrə və qurumlara sanksiyalara səbəb ola biləcək hərəkətlər barədə bütün müttəfiqlərə açıq şəkildə bildirmişik".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi