azia.az
azia.az

MEK-də Türk Dünyasının Həmrəyliyi Gününə həsr olunmuş sərgi keçirilir

2-05-2024, 09:44


Üç May Türk Dünyasının Həmrəyliyi Günü münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) sərgi təşkil edilib.

Sərgidə MEK-in fondlarında Türk dünyası ədəbiyyatının inciləri: “Heydər Əliyev Atatürk haqqında”, “Atatürk və Əhməd Ağaoğlu” (Vilayət Quliyev), “Türkdilli xalqların diasporları”, “Azerbaycan siyasi düşünce tarihi ve Mirza Bala Mehmetzade 1898-1959”, “İstiklal Harbimiz” (Kazım Karabekir), “Türk tarihi üzerinde toplamlar”, “Bozkurtlar”, “Türkçülüyün qurbanları”, “Rusiyadakı türklər”, “Mən kiməm?” (Əhməd Ağaoğlu), “Türkçülüyün əsasları” (Ziya Gökalp), “3 Mayıs Türkçülər Günü”, “Türküstan-Turan: geostrategiya siluetləri” (Туркестан – Туран: силуэты геостратегии. Рустам Жангожа) və digər nəşrlər yer alıb.

Burada, həmçinin milli istiqlal məfkurəsinin memarı Əli bəy Hüseynzadənin 1907-ci ildə yazdığı “Siyasəti-fürusət” başlıqlı oçerkləri sərgilənir. Bundan əlavə, sərgidə Rusiya, Qafqaz və Orta Asiyadakı Türk xalqlarının keçmişi, bugünü, siyasi, sosial, mədəni həyatları haqqında bir sıra araşdırmaların müəllifi, professor Nadir Devletin Türk dünyasının böyük düşüncə adamı olan İsmayıl Qaspıralı haqqında yazdığı “İsmail Bey (Gaspiralı)” kitabı da var.

Sərgi iki həftə müddətində davam edəcək.

İctimaiyyətlə əlaqələr şöbəsi

[email protected]


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi