azia.az
azia.az

Bakıda bu gündən kütləvi ucuzluq başlayır

10-04-2017, 10:14

Bakıda bu gündən kütləvi ucuzluq başlayır

Bakı Şopinq Festivalı bir ay davam edəcək

Bu gün Bakı Şopinq Festivalına start verilir. Mədəniyyət və Turizm Nazirliyindən İstiPress-ə verilən məlumata görə, Bakı Şopinq Festivalı İçərişəhərdən başlanır. Festivala aprelin 10-da, saat 15:00-da İçərişəhərin Qoşaqala qapısı tərəfindən girişində möhtəşəm şou-proqramla start veriləcək.

Təkcə Azərbaycanda və Qafqazda deyil, bütün regionda və hətta dünyada böyük marağa səbəb olacaq Bakı Şopinq Festivalının proqramı geniş və rəngarəngdir.

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yaxından dəstəyi ilə təşkil edilən, paytaxt sakinləri və şəhərimizin qonaqları üçün maraqlı və unudulmaz anların yaşanacağı proqramda respublikanın bir sıra tanınmış incəsənət ustaları çıxış edəcəklər.

Bakı Şopinq Festivalının təşkilatçısı olan Azərbaycan Konqreslər Bürosundan verilən məlumata görə, DJ İlham Əmirovun müşayiəti ilə başlanacaq şou-proqramda “Natiq” ritm qrupu, “Qaya” ansamblı, Murad Arif, Cəbrayıl Rəsulov, Günay İbrahimli, Sabir Əhmədov, Azad Şabanov, Emiliya Yaqubova, Nurlan Növrəsli, Nura Suri və digər tanınmış müğənnilərin çıxışları, eləcə də, milli və xarici rəqslər tədbiri daha da rəngarəng edəcək.

Mayın 10-dək davam edəcək festival Prezident İlham Əliyevin 2016-cı il sentyabrın 1-də imzaladığı “Azərbaycanda turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncama uyğun olaraq keçirilir.

Bakıda bu gündən kütləvi ucuzluq başlayır


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi