azia.az
azia.az

Bakıda valyutadəyişmə nöqtələri geri qayıdır

3-04-2017, 10:50

Bakıda valyutadəyişmə nöqtələri geri qayıdır


e-GovPay sentyabrda istifadəyə veriləcək

Bakıda ictimai yerlərdə və ticarət mərkəzlərində valyutadəyişmə terminalları quraşdırılacaq. azia.az “Trend”ə istinadən xəbər verir ki, e-GovPay aparatlarının sentyabrda istifadəsi nəzərdə tutulur.

Hələlik belə terminallar yalnız “Azərpoçt Şəbəkə”sinin xidmət mərkəzində qurulub. Burada həm də kommunal, mobil və internet ödənişlərini həyata keçirmək mümkündür. Digər bir üstünlük də ondan ibarətdir ki, aparat qəpik qəbul etməklə yanaşı qalıq da qaytarır.

“İlin sonuna qədər alternativ variant kimi terminalların telekomunikasiya qovşaqlarında da qurulması nəzərdə tutulur. Başlanğıc üçün terminallar Bakıda istifadəyə veriləcək. Gələcək də Azərbaycanın başqa şəhər və rayonlarında da olacaq”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi