azia.az
azia.az

MEK-də Yevgeni Bertelsin şəxsi kitab kolleksiyası saxlanılır

6-04-2022, 14:45

MEK-də Yevgeni Bertelsin şəxsi kitab kolleksiyası saxlanılır
MEK-də Yevgeni Bertelsin şəxsi kitab kolleksiyası saxlanılır
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) nizamişünaslığın banilərindən biri, İran və Dəməşq Ərəb EA-nın müxbir üzvü Bertels Yevgeni Eduardoviçin zəngin kitab kolleksiyası mühafizə edilir.
MEK-in Şərq ədəbiyyatı fondunda qorunan kolleksiyaya “Cловарь Старофранцузского Языка”, “Шахнаме (Фирдоуси)”, “Научные Труды”(С.В.Бахрушин), “Сказки и Стихи Афганистана”, “Введение в теорию перевода” (А.В.Федоров), “Греческая Трагедия”, “Imperial Palace” (Arnold Bennett), “Die Schuld Des Stephan Thoss” (Klaus Herrmann), “Опыт Исследования Значения Логики” (Шарль Серрюс) və digər nəşrlər daxildir.MEK-də Yevgeni Bertelsin şəxsi kitab kolleksiyası saxlanılır
4257 nüsxədən ibarət kolleksiyanın 2347 nüsxəsi Şərq və Avropa, 1940 nüsxəsi isə Rus və müxtəlif dilləri əhatə edir.
Qeyd edək ki, MEK-də bu qəbildən mövcud olan digər görkəmli alimlərin də şəxsi kitab kolleksiyaları dəyərli olmaqla yanaşı, həm də qiymətli və aktual elmi mənbələrdir.
AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
[email protected]


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi