azia.az
azia.az

Bu günədək ölkə üzrə 64 min ton pambıq yığılıb

15-11-2016, 09:08

Bu günədək ölkə üzrə 64 min ton pambıq yığılıbNoyabrın 14-dək ölkə üzrə pambıq tədarükü 64 min 149,3 ton təşkil edib

Bu isə 2015-ci il noyabrın 16-dək olan göstərici ilə müqayisədə 2,1 dəfə çoxdur (31 min 248 ton).

Dövlət Statistika Komitəsindən bildirilib ki, pambıq tədarükünə görə Saatlı rayonu öndə gedir. Rayonun fermerləri tarlalardan 9525 ton “ağ qızıl” yığıblar. Biləsuvarda 6747,6 ton, İmişlidə 6417 ton, Ağcabədidə 6325 ton, Sabirabadda 6058 ton pambıq tədarük olunub.

Komitənin məlumatına görə, ölkə üzrə cari ildə 52057,7 hektar ərazidə çiyid səpini həyata keçirilib. Bu isə ötən ilə nisbətən 2,8 dəfə çoxdur (2015-ci ildə 18684 hektar). 2016-cı ildə ən çox pambıq Saatlıda əkilib (8109 hektar).

Sonrakı yerlərdə Sabirabad (6113 hektar), Biləsuvar (6040 hektar), İmişli (5051 hektar) və Beyləqan rayonları (3958 hektar) gəlir. (azəac)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi