azia.az
azia.az

Dünya birjaları titrəyir - ABŞ-da seçkilərə görə

9-11-2016, 11:44

Dünya birjaları titrəyir - ABŞ-da seçkilərə görə
Birləşmiş Ştatlarda keçirilən prezident seçkilərində səslər toplandıqca ABŞ dollarının məzənnəsi və dünya maliyyə bazarları çökür

Bu barədə "Report" BBC-tyə istinadən xəbər verir. Dollara qarşı avro 2%-dən artıq, funt isə - 1%-dən artıq möhkəmlənib.
Dollar yapon yeninə qarşı 3%-dən artıq, İsveçrə frankına qarşı isə 2%-dən artıq ucuzlaşıb.
Bu Respublikaçılar partiyasından olan Donald Trampın seçkilərdə liderlik əldə etməsi ilə bağlı xəbərlərin fonunda baş verir. "Exit-poll"un nəticələrinə görə, iş adamı Ohayo ştatında qələbə qazanıb. Bu ştatda seçkilərin nəticələri isə adətən ABŞ-da prezident seçkilərinin nəticələrilə üst-üstə dfüşür. "ABC"nin proqnozlarına görə, Tramp həmçinin Şimali Karolina ştatında da qələbə qazanıb.
Demokratlar partiyasının namizədi Hillari Klinton Oreqon, Virciniya və Kolorado ştatlarında qələbəni əldə edib.
Bloomberg bildirib ki, Trampın mümkün qələbəsi haqqında xəbərlər bazarlarda çaxnaşma yaradıb. S&P 500 indeksi üçün fyuçerslər 4,3%-dən artıq düşüb. Fyuçersləri alan investorlar indeksin gələcəkdə dərəcələrinə investisiya qoyuluşu edir.
İqtisadşıların proqnozlarına görə, Trampın tam qələbəsi zaman dollar dünya valyutalarına qarşı xeyli ucuzlaşacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi