İlham Əliyev: “Neft hasil edən ölkələrin vəziyyətinə baxsaq Azərbaycanın ən yaxşı vəziyyətdə olduğunu görərik“
"Bu gün Azərbaycan bu böhrana davam gətirə bilir. Deyə bilərəm ki, neft hasil edən ölkələrin vəziyyətinə baxsaq görərik ki, Azərbaycan ən yaxşı vəziyyətdədir"
Bunu Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 3-də Salyan şəhərinə Şirvan-Muğan magistral kəmərindən çəkilmiş yeni içməli su xəttinin açılışı zamanı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.
O bildirib ki, "bununla bərabər, bizə valyuta gətirən ixrac məhsulları lazımdır. Kənd təsərrüfatı məhsulları arasında bu bölgə üçün ən məqbul sahələrdən biri də pambıqçılıqdır".
Dövlət başçısının sözlərinə görə, 1970-ci illərdə pambıqçılıqda işləyən insanlar yaxşı dolanıblar, yaxşı pul qazanıblar, evlər tikiblər. Pambıqçılıq indiki mərhələdə də insanlar üçün yeni imkanlar yaradacaq.