azia.az
azia.az

Obama: “Neft bahalaşacaq”

30-06-2016, 05:02

Obama: “Neft bahalaşacaq” “Əvvəl-axır neftin qiyməti bahalaşacaq”.
APA-nın “National Observer”-ə istinadən verdiyi xəbərə görə, bunu Ottavada Şimali Amerika liderlərinin sammitində çıxış edən ABŞ prezidenti Barak Obama bəyan edib.

“Hazırda ucuz olsa da, neftin qiyməti bahalaşacaq və getdikcə artacaq. Çünki neft məhdud resursdur və onun hasilatına yönələn xərclərdə də artacaq. Bu səbəbdən ekoloji cəhətdən təmiz enerji mənbələrinə xüsusi diqqət yetirilməlidir. Texnologiyalar durmadan irəliləyir – günəş və külək enerjisi, hidroenergetika, bioreaktorlar inkişaf edir. Texnologiya sürətlə inkişaf edir və ağlasığmaz ideyalar belə reallaşır”, deyə B.Obama bildirib.

Qeyd edək ki, sammit çərçivəsində ABŞ, Kanada və Meksika liderləri ətraf mühitin qorunması və digər sahələrdə əməkdaşlığın inkişafı barədə razılığa gəliblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi