MEK tərəfindən Pandemiyanın qarşısının alınması istiqamətində Nazirlər Kabinetinin qərarlarına ciddi şəkildə əməl olunur
MEK tərəfindən Pandemiyanın qarşısının alınması istiqamətində Nazirlər Kabinetinin qərarlarına ciddi şəkildə əməl olunur
Dünyanın qlobal probleminə çevrilən COVİD-19 koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) növbəti dəfə geniş dezinfeksiya işləri həyata keçirilib.
İnfeksiyanın qarşısını almaq üçün MEK-in bütün şöbələri, otaqları, oxucu və konfrans zalları, həmçinin dəhlizlərində sanitar-dezinfeksiya işləri aparılıb.
MEK-in kollektivi koronavirusla mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabinetinin qərarlarına və tövsiyələrinə ciddi şəkildə əməl edir. Kitabxanada sanitar-dezinfeksiya və digər qabaqlayıcı tədbirlər davamlı olaraq həyata keçirilir.
Həmçinin, məlumat üçün onu da qeyd edək ki, 2021-ci ilin yanvar ayından etibarən ölkə üzrə aparılan koronavirus infeksiyasına qarşı vaksinasiya prosesində AMEA Mərkəzi Elmi Kitabxanasının əməkdaşları da yaxından iştirak edir. MEK əməkdaşları könüllü olaraq həkim yoxlanışından keçdikdən sonra peyvənd olunurlar və onlar arasında heç bir narahatlıq müşahidə edilməyib.
Qeyd edək ki, vaksinasiya başlayandan indiyədək ümumilikdə 80 faizdən artıq MEK əməkdaşları hər iki doza vaksini də qəbul ediblər.
AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
[email protected]