azia.az
azia.az

Prezident: "Təəssüf ki, kiçik şirkətlər bəzən müdaxilə ilə üzləşir"

13-04-2016, 09:40

 Prezident: "Təəssüf ki, kiçik şirkətlər bəzən müdaxilə ilə üzləşir" “Kiçik və orta müəssisələr hər bir iqtisadiyyatın aparıcı qüvvəsidir. Böyük iqtisadiyyata malik olan ölkələrin təcrübəsindən də məlumdur ki, bu, belədir”. Heqiqet.az prezidentin saytına istinadən verdiyi məlumata görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyətinin üzvləri ilə görüşü zamanı yekun nitqində deyib.
“Bizim də məhz buna ehtiyacımız var. İyirmi beş il öncə bu, belə deyildi, çünki biz siyasi sistemimizi transformasiya etməli, dövlət qurmalı və eyni zamanda, iqtisadi sistemimizi də transformasiya etməli idik. Bu səbəbdən biz hələ də həmin prosesin başlanğıcındayıq. Lakin hesab edirəm ki, kiçik və orta müəssisələrin dəstəklənməsinə diqqətin yönəldilməsi burada üstünlük təşkil edən amil olacaq”, - deyə prezident İlham Əliyev bildirib.
Dövlət başçısı bu istiqamətdə müəyyən addımların atıldığını, daxili istehsalın təşviq edildiyini, daha çox iqtisadi artıma ehtiyac duyulan sahələrdə özəl sektora kreditlərin ayrıldığını bildirib: “Ancaq düşünürəm ki, bu sahədə diqqət vergi rejimi ilə bağlı qanunvericilik və sərmayə mühitinə yönəldilməlidir. Müvafiq sərmayə mühiti, kiçik və orta müəssisələr üçün imkanlar yarandığı halda onların özləri inkişaf edəcək. Dövlət qurumları isə onların gündəlik fəaliyyətinə müdaxilə deyil, yalnız lazımi şərait yaratmalıdır”.
“Burada kiçik və orta şirkətlər ən həssas vəziyyətdədir. Çünki böyük şirkətlər özlərini müdafiə edə, öz mövqelərini ortaya qoya bilirlər. Təəssüf ki, kiçik şirkətlər bəzən müdaxilə ilə üzləşir və hesab edirəm ki, bu sahədə onlar üçün şəraitin yaradılması məqsədilə inzibati və institusional tədbirlər görülməlidir.
Lisenziyaların azaldılması daha bir vacib addım olub. Nazirlər Kabinetinin sonuncu iclasında dediyim kimi, biz yoxlama və təftişlərin sayının kəskin şəkildə azalmasına nail olmuşuq. Bu, yalnız başlanğıcdır. Düşünürəm ki, özəl sektor da yeni vəziyyətə uyğunlaşacaq. Biz işimizi davam etdirməliyik. Bu, hər hansı bir kampaniya deyil. Bu, bizim siyasətimizdir və o, davam etməlidir”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi