Xoşbəxt sonluq: 13 illik duet ortaqları evləndi - Foto + Video
Ukraynanın məşhur müğənniləri, duet ortaqları Nastya Kamenskix və Potap nikah masasına oturub.
Azia.az xəbər verir ki, bu barədə Nastya sosial şəbəkədə bildirib. "Bu gün bizim üçün özəl bir gündür. Öz duyğularımızı sizinlə paylaşmaq bizi xoşbəxt edir", - o, paylaşımda yazıb.
Potap Nastya ilə evliliklərini “Konstanta” mahnısını təqdim edərək rəsmi şəkildə təsdiqləyib. Mahnıya “love story” formatında video çəkilib. Nasta isə öz növbəsində sevib-seçdiyi insana romantik və həzin “Обіцяю” (“Söz verirəm”) adlı mahnı həsr edib.
Qeyd edək ki, Ukraynanın ən tanınmış simalarından olan hər iki artist artıq 13 ildir bərabər çalışır. Potapla Nastyanın münasibətləri hələ birincinin evli olduğu müddətdə başlamışdı. Cütlüyün romanı haqda rəsmi məlumat Potapın 2014-cü ildə həyat yoldaşından boşanmasından sonra yayılmışdı.