azia.az
azia.az

Mişel Obama ən “heyranedici qadın” seçildi

28-12-2018, 14:14

ABŞ-ın keçmiş birinci xanımı Mişel Obama “Amerikanın ən heyranedici qadını” tituluna layiq görülüb.

Mişel Obama ən “heyranedici qadın” seçildi

Azia.Az BBC-yə istinadən xəbər verir ki, Obama keçmiş dövlət katibi Hillari Klintonun 17 illik titulunu əlindən alıb.

“Gallup” analitik təşkilatının apardığı ictimai rəy sorğusunun nəticələrinə əsasən, amerikalıları ən çox valeh edən qadınların siyahısında Klinton üçüncü yerə qədər geriləyib. Qaradərili “tok-şou” ulduzu Ofra Uinfri isə ikinci yeri tutub.
Ən heyranedici kişilərin reytinqində keçmiş ABŞ prezidenti Barak Obama artıq ardıcıl 11 ildir ki, heç kimə güzəştə getmir. Hazırkı Ağ Ev rəhbəri Donald Tramp isə ikinci yerdə göstərilib. Tramp artıq dördüncü ildir ki, bu titulu əlində saxlayır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi