azia.az
azia.az

Obama Hilari Klintonu dəstəkləməkdən çəkinmədi

6-07-2016, 04:09

Obama Hilari Klintonu dəstəkləməkdən çəkinmədi Barak Obama ilk dəfə seçkiqabağı mitinqə qatılıb. Prezident ilk çıxışında Hillari Klintonu dəstəklədiyini ifadə edib.

ANS PRESS-in "Tass" informasiya agentliyinə istinadən verdiyi məlumata görə, Barak Obama Şimali Karolina ştatının Şarlott şəhərində keçirilən mitinqdə sabiq dövlət katibinin tərəfdarları qarşısında nitq söyləyib. “Mən bu gün ona görə buradayam ki, Hillari Klintona inanıram. Mən istəyirəm ki, siz onu Birləşmiş Ştatların növbəti prezidenti seçəsiniz”, - deyən prezident, Klintona olan dəstəyini nümayiş etdirib.
Hillari Klinton Demokratlar partiyasından prezidentliyə əsas namizəddir

Şimali Karolinada demokratların və respublikaçıların mövqeləri təxminən bərabərdir və mövqeyini hələ müəyyənləşdirməyən seçicilərin səsi uğrunda gərgin mübarizə gedir. Sorğulara görə, bu cür 11 regionun 8-də seçicilər arasında populyarlığa görə Klinton rəqibi Trampı qabaqlayıb.

Sabiq dövlət katibi ümummilli miqyasda da liderlik edir. Son sosioloji tədqiqatlara görə, hazırda demokratların namizədini dəstəkləməyə hazır olan seçicilərin sayı onun respublikaçı rəqibini dəstəkləyənlərə nisbətən 10 faiz çoxdur. Prezident seçkiləri noyabrın 8-də keçiriləcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi