azia.az
azia.az

ABŞ Rusiyaya qarşı müharibəni uduzacaq

16-11-2018, 09:55


Xüsusi komissiya: ABŞ Rusiyaya qarşı müharibəni uduzacaq
ABŞ-ın hərbi üstünlüyü təhlükəli səviyyəyədək azalıb. Ölkə Rusiya yaxud Çinlə münaqişə olacağı təqdirdə, məğlub ola bilər.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Konqresinin qərarı əsasında yaradılan Milli müdafiə strategiyası üzrə xüsusi komissiyanın məruzəsində deyilir.
Qeyd olunur ki, sözügedən ölkələrlə qarşıdurmada ABŞ ordusu böyük itki verə bilər. Söhbət həm canlı qüvvə, həm də hərbi texnikadan gedir.
Vurğulanır ki, məğlubiyyət riski ABŞ-ın eyni zamanda iki və daha çox cəbhədə müharibə aparmaq məcburiyyətində qalacağı halda daha yüksək olacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi