Rusiyada çılpaq qız hakimi işindən etdi – VİDEO
Rusiyada çılpaq qız məhkəmə hakiminin işdən çıxmasına səbəb olub.
Oxu.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Krasnodarda baş verib.
Stavropolun rayon məhkəmələrinin birində hakim işləyən Yuri Makarov internetdə yayılan videoya görə işdən çıxmaq barədə ərizəsini yazıb.
Kadrlarda görünür ki, yanacaqdoldurma məntəqəsi ərazisində yerləşən dükanın qabağında avtomobildən sürücü və çılpaq qız çıxır. Qız dükanın kassasına əlində pivə yaxınlaşır, sürücü isə bunu telefona yazır.
Sonradan məlum olur ki, videoda görüntülənən sürücü hakim Yuri Makarovdur. Lakin Y. Makarov bu iddiaları rədd edərək, il ərzində Krasnodarda olmadığını bildirib.