azia.az
azia.az

İranda atışma: ETTELAAT itki verdi

27-09-2017, 15:41

İranda atışma: ETTELAAT itki verdi


İranın cənub-şərqində, Çabahar şəhərində silahlı qüvvələrlə terrorçular arasında toqquşma baş verib.

Axar.az xəbər verir ki, baş vermiş toqquşmada 4 terrorçu məhv edilib, 5-i saxlanılıb. Atışmada ETTELAAT-ın (İran Təhlükəsizlik və İnformasiya Nazirliyi) 1 əsgəri ölüb, 1-i yaralanıb.

“Ənsar Furqan” qruplaşmanın üzvləri olan terrorçuların Qədr gecəsi mərasimləri zamanı terror hadisələri törətməyi planlaşdırdığı məlum olub.

Terrorçulardan çoxlu silah və intihar jiletləri ələ keçirilib.

Qeyd edək ki, “Ənsər Furqan” radikal islamçı qruplaşmadır. Onlar İran hökuməti ilə silahlı mübarizə aparmağı qarşılarına məqsəd qoyublar. Həmin qruplaşma “Ənsar İran” və “Furqan” qruplarının birləşməsindən yaranıb. Hər iki qrup əvvəllər də silahlı mübarizə aparıblar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi