Paşinyandan ŞOK-Rusiya Ermənistanda hakimiyyəti devirməyə çağırıb
Rusiya rəsmiləri ötən il Ermənistanda hakimiyyəti devirməyə çağırıblar. Modern.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan "France 24" kanalına müsahibəsində deyib. "2023-cü ilin sentyabr və oktyabr aylarında Rusiyanın yüksək rütbəli məmurları Ermənistan əhalisini açıq şəkildə üsyana və hökuməti devirməyə çağırıblar”, - o bildirib.
Paşinyanın sözlərinə görə, Rusiya telekanalları son altı il ərzində antierməni təbliğatı ilə məşğul olub.