Almaniya kansleri Angela Merkel bildirib ki, NATO-nun güc nümayiş etdirməsini vacib sayır, amma eyni zamanda Rusiya ilə alyans arasında dialoqunda vacibliyini vurğulayıb.
Bu barədə mayın 6-da RİA Novosti məlumat yayıb.
“Rusiya ilə dialoqun pzulmasına yol verməmək mənim üçün çox vacib olardı.Çünki biz NATO-Rusiya aktı və NATO-Rusiya şurası iclaslarının davam eləməsi üçün bütün tədbirləri görmüşük. Və hesab edirəm ki, bu cür ikili yanaşma ilə-bir tərəfdən güc göstərmək, digər tərəfdənsə dialoqa hazır olduğumuzu nümayiş etdirməklə düzgün yol tutardıq” Merkel Federal kanslerin rəsmi saydında dərc edilmiş bəyanatda vurğulayıb.