azia.az
azia.az

Merkeldən Rusiya, İran və Əsədə Hələblə bağlı ağır ittihamlar

16-12-2016, 17:27

Merkeldən Rusiya, İran və Əsədə Hələblə bağlı ağır ittihamlar
Almaniya kansleri Angela Merkel Suriyanın Hələb şəhərində xəstəxanalara və mülki şəxslərə qarşı məqsədyönlü hücumlara görə Rusiya, İran və Suriya prezidenti Bəşər Əsədi ittiham edib

APA-nın “russian.rt.com”a istinadən yaydığı məlumata görə, A. Merkel bunu Avropa İttifaqının Brüssel sammitində bildirib. O deyib ki, bu cinayətlər cəzalandırılmalıdır.

Sammitin sonunda Aİ liderləri Hələbin mülki əhalisini lazımi müdafiə ilə təmin etməyin vacibliyini vurğulayıblar. Onların qənaətinə görə, mülki əhali şəhəri bitərəf qurumların nəzarəti altında tərk etməli və humanitar dəhlizlər yaradılmalıdır.

Bununla belə, avropalı liderlər suriyalı qaçqınların üzv ölkələr arasında paylaşdırılmasına dair razılığa gələ bilməyiblər. Macarıstan, Polşa və Slovakiya qaçqınları qəbul etməyəcəyini bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi