azia.az
azia.az

HƏMAS girovlarla bağlı şərtləri AÇIQLADI

14-11-2023, 09:39

HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları saxladıqları 70-ə qədər uşaq və qadın girovu azad etməyə hazır olduqlarını bildiriblər.

HƏMAS bunu yalnız 5 günlük atəşkəs olacağı təqdirdə edəcəklərini açıqlayıb.

Oktyabrın 7-dən İsraillə münaqişədə olan və 239 israilli girov olduğu deyilən Həmasdan açıqlama gəlib.

HƏMAS-ın sözçüsü Əbu Ubeyde 5 günlük atəşkəs müqabilində 70-ə qədər uşaq və qadın girovu azad etməyə hazır olduqlarını açıqlayıb.

Ubeyde qeyd edib ki, onların şərtləndirdiyi atəşkəs Qəzza zolağına humanitar yardımların daxil olması qarşısındakı maneələrin aradan qaldırılmasını əhatə edir.

Əbu Ubeyde İsrailin bu məsələni gecikdirdiyini və yayındığını iddia edib./azxəbər  


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi