ABŞ-ın Atlanta şəhəri yaxınlığında (Corciya ştatı) yüngülmotorlu təyyarə yaşayış evinin üstünə düşüb. azia.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.
İlkin məlumata görə, hadisə nəticəsində təyyarədə olan 1 nəfər ölüb, fərdi yaşayış evi yanıb.
Hadisə zamanı yaşayış evində heç kim olmayıb. Təyyarədə neçə nəfər olduğu və digər təfərrüatlar barədə hələ ki, məlumat yoxdur.