azia.az
azia.az

Kadırovun oğullarının "müharibə"dən görüntüləri sosial şəbəkələrdə ƏLƏ SALINDI - VİDEO

21-10-2022, 10:00


Kadırovun oğullarının döyüşdə iştirakı ilə bağlı video sosial şəbəkələrdə ironiyaya səbəb olub.

KONKRET.az xəbər verir ki, Çeçenistanın dövlət televiziya kanalı Ramzan Kadırovun azyaşlı oğullarının səngərdə olduqlarını əks etdirən videoreportaj yayıb.

Şərhçilər videonu respublika rəhbəri üçün siyasi PR elementi hesab ediblər. Onlar şübhə edirdilər ki, baş verənlər həqiqətən də cəbhə xəttində gedən döyüş zamanı lentə alınıb.

Qeyd edək ki, Çeçenistan rəhbəri Ramzan Kadırov oktyabrın 19-da onun qızı Ayşat və üç oğlu Axmat, Əli və Adam Kadırovun döyüşlərdə iştirak etdiyini bildirib.

Xatırladaq ki, oktyabrın 3-də Kadırov üç oğlunun Ukraynaya göndərilməyə hazırlaşdığını və orada hərbi əməliyyatlar xəttinin ən çətin hissələrində yerləşəcəklərini açıqlayıb.

Bu, sosial şəbəkə istifadəçiləri arasında çaşqınlıq yaradıb. Bəziləri Kadırovun sözlərini piar hesab edib, bəziləri isə uşaqların döyüş bölgəsinə getməsinin hələ tez olduğuna diqqət çəkib.

Rusiya qanunvericiliyi yetkinlik yaşına çatmayanların döyüş bölgəsinə göndərilməsinə icazə vermir, vəkillər təsdiqləyiblər.

Axmat, Əli və Adam Kadırovun döyüş əməliyyatlarında iştirak etdiyi video ötən gecə ChGTRK Grozny*-nin İnstaqram səhifəsində yayımlanıb.

Arxadan çəkilmiş videogörüntülərdə dörd nəfər hərbi geyimdə görünür. Onlar səngərdədirlər. Onlardan birinin əlində tank əleyhinə qumbaraatan (RPQ) var. “Döyüş” meydanda baş verir. Əsgərlərdən biri RPQ atəşi açır. Daha sonra kadrlarda səngərdə oturan Axmat, Əli və Adam Kadırov görünür, arxa fonda atəş səsləri eşidilir.

Oktyabrın 20-ə olan məlumata görə, videoya 30600 nəfər baxıb və şərhlər yazılıb. Şərh müəllifləri operatorun səngərdən işləmədiyini fərq edib. Onlar videonun piar xarakterli olduğunu qeyd edərək ələ salıblar.

“Kadırov oğullarının döyüşdə iştirakı ilə öyündü” adlı məqalə də tənqid atəşinə tutulub.

“Kadırovun oğullarının həqiqətən də əsl döyüşlərdə iştirak etdiyinə və döyüş meydanında olduğuna inananan bəlkə də təkcə Kadırovun özüdür. Onun ətrafı və təbliğatı da özləri elə göstərir ki, guya bu, həqiqətən baş verib. Pulemyotdan atəş açılr, RPG-dən bəzi görünməz hədəflər vurulur, kamerada avtomatik qumbaraatan görünür. Bütün bunlar əsl döyüşdə iştirakın sübutu deyil”, – deyə istifadəçilər yazıb.

Bir sözlə, Kadırovun oğullarının “döyüşdə iştirakı” səhnələşdirilmiş videodur.

Video Oynadıcı



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi