azia.az
azia.az

Tramp qadın aparıcını da öz komandasına gətirir

5-03-2017, 11:53

Tramp qadın aparıcını da öz komandasına gətirir


“Fox News” telekanalının aparıcısı Hizer Nauert ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi olacaq.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə “Bloomberg” şəxsi mənbəyə istinadən xəbər yayıb.

H. Nauert “Fox&Friends” səhər proqramını aparır ki, bu verilişi də prezident Donald Tramp maraqla izləyir.

Mənbələrin sözlərinə görə, Nauert bu həftə işə qəbul olunub.

Qeyd olunur ki, H. Nauert “Fox News”dan Trampın administrasiyasında işləyəcək ikinci jurnalistdir. Bundan əvvəl həmin telekanalın digər əməkdaşı Conatan Vaktel ABŞ-ın BMT-dəki missiyasının mətbuat katibi təyin olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi