azia.az
azia.az

Türkiyə möhkəm silkələndi - İnsanlar küçələrə axışdı - FOTO

31-08-2022, 17:33

Türkiyə möhkəm silkələndi - İnsanlar küçələrə axışdı - FOTO
Türkiyədə zəlzələ baş verib.

Azia.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, zəlzələ Egey dənizində, Aydının Kuşadası rayonu sahillərində qeydə alınıb.

Təkanlar 5,1 bal gücündə olub. Bundan 10 dəqiqə əvvəl isə 4,7 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanlar bir çox şəhərlərdə hiss olunub.

Dəniz səthinin 7,03 kilometr dərinliyində baş verən zəlzələnin episentrinin Aydının Kuşadası rayonundan 18,34 kilometr aralıda olduğu müəyyən edilib. Zəlzələdən sonra heç bir mənfi xəbər alınmadığı və hadisələrin nəzarətdə olduğu açıqlanıb.

Buna baxmayaraq, zəlzələni evlərində və ya iş yerlərində hiss edənlər təşviş içində küçələrə qaçıblar.



Türkiyə möhkəm silkələndi - İnsanlar küçələrə axışdı - FOTO
Türkiyə möhkəm silkələndi - İnsanlar küçələrə axışdı - FOTO


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi