azia.az
azia.az

Solovyov: "Mən terrorçuyam, üç günə Xarkovu, Nikolayevi, Odessanı DAĞIDACAĞIQ" -

24-08-2022, 18:21

Solovyov: "Mən terrorçuyam, üç günə Xarkovu, Nikolayevi, Odessanı DAĞIDACAĞIQ" -
“Mən, ümumiyyətlə, terrorçuyam”.

KONKRET.az xəbər verir ki, bunu rusiyalı təbliğatçı, teleaparıcı Vladimir Solovyov federal kanalın efirində deyib. O, hamını səmimiyyəti ilə təəccübləndirib. Kremlin ruporu açıq şəkildə özünü terrorçu kimi təqdim edib və Odessa, Xarkov və Nikolayevi dağıtmağa çağırıb.
“Mən, ümumiyyətlə, terrorçuyam, ümumiyyətlə, dedim. Deməli, belə … Üç günə hamı Xarkovu, Nikolayevi, Odessanı sülh yolu ilə tərk edəcək. Əgər bu edilməsə, məhəllə-məhəllə dağıdacağıq”, – deyə Solovyov hədələyib.

Xatırladaq ki, rusiyalı təbliğatçı Vladimir Solovyov Aİ, Böyük Britaniya, Kanada, eləcə də Avstraliyanın sanksiya siyahısındadır və Ukraynanın milli təhlükəsizliyinə təhdid yaradan şəxslər siyahısına daxil edilib.

Onun YouTube-dakı “Soloviev Live” kanalı platformadan istifadə şərtlərini pozduğuna görə bağlanıb.

2022-ci il iyunun 11-də Solovyov sanksiyalara görə Rusiyanın çatışmayan ehtiyat hissələrini istehsal edən ölkələri ələ keçirməyi təklif edib.

22 iyun 2022-ci ildə Solovyov NATO-nu III Dünya Müharibəsi ilə hədələyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi