"Reina" terrorçusunun oğlunun harada olduğu bilindi
İstanbuldakı "Reina" klubunda qətliam törədən terrorçu Abdulqadir Maşaripovun oğlunun harada olduğu məlum olub.
7News.az "Hürriyet"ə istinadla bildirir ki, uşaq hələ də İŞİD-in əlindədir. Onun hansı ərazidə saxlanması barədə məlumat alınsa da, dəqiq məkan yoxdur. Bu səbəbdən də terrorçu hələ hər şeyi tam etiraf edə bilmir. Çünki onun içində övladını itirmək qorxusu var. Polislər onun övladını xilas etsələr, terrorçu bütün əlaqə yaratdığı şəxslərin adlarını açıqlayacaq.