azia.az
azia.az

“Taliban” Əfqanıstanda Xəzər türklərinin liderini öldürdü

17-08-2022, 17:49

“Taliban” Əfqanıstanda Xəzər türklərinin liderini öldürdü
"Taliban”ın Müdafiə Nazirliyi Əfqanıstan xəzərlərindən olan tanınmış dissident Moləvi Mehdini öldürdüyünü bildirib.

Qaynarinfo bu barədə Əfqanıstanın "Şəfəqna" saytına istinadən xəbər verir.

"Taliban” Müdafiə Nazirliyinin sözçüsü İnayətullah Xarəzmi bu gün səhər çərşənbə günü (17 avqust) bildirib ki, sərhəd qüvvələri komandir Mehdini "o, İrana qaçmağa çalışarkən" öldürüb.

"Taliban” sözçüsü Moləvi Mehdini Sərpul əyalətinin Bəlxab şəhərində "üsyançıların lideri" adlandırıb və onun Herat əyaləti ilə İranın sərhəd məntəqələrində öldürüldüyünü bildirib.

Moləvi Mehdi kimi tanınan Komandir Mehdi, on ildən çox "Taliban” sıralarında vuruşan xəzər türklərinin yeganə görkəmli komandiri idi.

"Taliban” yenidən hakimiyyətə gəldikdən sonra o, Bamyandakı təhlükəsizlik komandanlığına təyin edilib və sonra işdən çıxarılıb.

Moləvi Mehdi "Taliban”ın Kabilə getmək əmrinə tabe olmayaraq doğma şəhəri Bəlxaba gedib və "Taliban”ın hakimiyyəti altında olan Xəzər türklərinin və Əfqanıstanın özbək soylu türklərinin hüquqlarını tələb edib.

Qeyd edilir ki, Əfqanıstanın Xəzər türkləri ölkənin 39 milyonluq əhalisinin 21%-ni təşkil edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi