azia.az
azia.az

Həkim səhvən xəstənin sağlam gözünü çıxardı

24-06-2022, 10:59

Həkim səhvən xəstənin sağlam gözünü çıxardı
Slovakiyada oftalmoloq cərrah xəstənin sağlam gözünü çıxarıb. Həkim səhvi nəticəsində kişi tamamilə kor olub.

Azia.az xəbər verir ki, bu barədə TASR məlumat yayıb.

Hadisə Bratislava Universitet Xəstəxanasına məxsus klinikada baş verib. Həkimə müraciət edən kişinin kor gözü çıxarmalı olsa da, həkim sağlam orqanı əməliyyat edib.

Hadisədən sonra əməliyyatı həyata keçirən cərrah xəstələrlə işdən uzaqlaşdırılıb. Hazırda həkimə qarşı cinayət işi başlanıb. Bratislava polisi hadisənin bütün hallarını müəyyənləşdirir.//Report


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi