azia.az
azia.az

Ermənilərin 3 milyon dollarlıq pomidoru ZAY OLDU - SƏBƏBLƏR + VİDEO

15-06-2022, 16:25

Ermənilərin 3 milyon dollarlıq pomidoru ZAY OLDU - SƏBƏBLƏR + VİDEO
Gürcüstanın Yuxarı Lars keçid məntəqəsində minlərlə erməni yük maşını ilişib qalıb.

Azia.az xəbər verir ki, bu barədə “Armenpress” Ermənistanın iqtisadiyyat naziri Vaqan Kerobyanın sözlərinə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, bu, Avropanın Rusiyaya qarşı sanksiyaları fonunda ölkə ərazisindən tranzitin artması ilə bağlıdır.

Bu yol Rusiya ilə Ermənistan arasında ticari-iqtisadi əməkdaşlığın qurulması üçün vacibdir.

Yük maşınları yolun Gürcüstan hissəsindən 20-30 günə keçir.

“Şimali Osetiya yollarında vəziyyət hələ də ağırdır. Bunlar Rusiya şirkətlərinin və istehlakçılarının ehtiyac duyduğu məhsullardır. Artıq biçin mövsümünün başlandığını nəzərə alsaq, vəziyyət daha da mürəkkəbləşəcək”, – “Armenpress” nazirin sözlərindən sitat gətirib.

Bildirilir ki, erməni şirkətlərindən biri artıq 3 milyon dollarlıq meyvə-tərəvəzi atıb.

My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi