"Paşinyan hakimiyyətə sərvətləri bölüşdürmək üçün gəlib" - Aslanyan
Ermənistanlı vəkil Baş nazir Nikol Paşinyanı korrupsiyada ittiham edib. Xəbər verilir ki, bu barədə erməni siyasətçi Raffi Aslanyan "Facebook" səhifəsində yazıb.
"Hesablama Palatasının illik hesabatı Nikol Paşinyanın hakimiyyətə korrupsiyaya qarşı real mübarizə üçün deyil, sərvətlərin yenidən bölüşdürülməsi üçün gəldiyinə daha bir sübutdur", - o, qeyd edib.(unikal)