azia.az
azia.az

“London, Paris və Berlin 202 saniyəyə xəritədən silinəcək" – Rusiyanın ABŞ-dakı səfirindən nüvə silahı açıqlaması

6-05-2022, 15:24

“London, Paris və Berlin 202 saniyəyə xəritədən silinəcək" – Rusiyanın ABŞ-dakı səfirindən nüvə silahı açıqlaması
İki aydan artıqdır ki, davam edən Rusiya-Ukrayna müharibəsi özünün təhlükəli və arzuolunmaz fazasına qədəm qoymaqdadır.

Azia.az xəbər verir ki, Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonovun Moskvanın hansı şəraitdə nüvə silahına əl atacağını açıqlaması isə təhlükənin uzaqda olmadığına işarə sayıla bilər.

"NATO-dakı siyasətçilər açıq şəkildə nüvə təhlükəsini ciddi qəbul etmirlər", - deyə Antonov “Newsweek”ə müsahibəsində bildirib.

Antonov Moskvanın “Kütləvi Qırğın Silahlarından” (KQS) hansı şərtlər altında istifadə ediləcəyini də açıqlayıb. Diplomat bəyan edib ki, Moskvanın Ukraynaya və müttəfiqlərinə qarşı kütləvi qırğın silahlarından istifadə etməsi Rusiyaya qarşı təcavüz zamanı və ya dövlətin mövcudluğu təhlükə altında olduqda mümkündür.

Moskvanın ehtimal edilən nüvə hücumundan sonranın xəritəsini canlı yayımda nümayiş etdirən jurnalistlər belə bir vəziyyətdə London, Paris və Berlinin xəritədən 202 saniyə ərzində silinəcəyini bildiriblər.

Rusiyalı jurnalistlər də təsdiqləyib ki, belə bir hücum baş verərsə, hədəf alınan şəhərlərdə sağ qalan olmayacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi