azia.az
azia.az

Kəşfiyyat Putinin planını deşifrə etdi – “Bir neçə günə...”

4-05-2022, 08:07


Rusiya-Ukrayna müharibəsinin nə vaxt bitəcəyi qeyri-müəyyən olaraq qalarkən, ABŞ kəşfiyyatı irəliləyişləri səngiyən rus ordusunun yeni strategiyası ilə bağlı diqqətçəkən iddia irəli sürüb.
Kəşfiyyat Putinin planını deşifrə etdi – “Bir neçə günə...”
Xəbər verilir ki, “Vaşinqton Post” kəşfiyyat mənbələrinə istinadən Moskvanın bir neçə gün ərzində qismən separatçı qüvvələrin nəzarətində olan Donetsk və Luqanskla yanaşı, hücumun əvvəlində işğal etdiyi Xerson şəhərini ilhaq edəcəyini iddia edib.

ABŞ-ın ATƏT-dəki nümayəndəsi Maykl Karpenter də bu iddianı təkrarlayıb. Onun sözlərinə görə, kəşfiyyat məlumatları Rusiyanın üç bölgəni ilhaq etməyə hazırlaşdığını ortaya qoyur.

Karpenter deyib ki, bu ayın ortalarında bu üç bölgənin Ukraynadan ayrılaraq Rusiyaya birləşməsi üçün “referendumlar” keçiriləcək. ABŞ rəsmisi qeyd edib ki, Rusiyanın bu planı uğurlu olmaya bilər.

Ukrayna Prezidenti Vladimir Zelenki də Rusiyanın ölkənin şərqində “referendum”a hazırlaşdığını bildirib.

Ötən ayın əvvəlində Kiyev vilayətindən geri çəkilərək qüvvələrini Ukraynanın şərqində - Donbasda cəmləşdirən Rusiya bölgədə irimiqyaslı hücuma keçib. Bölgədə qarşıdurmanın şiddətləndiyi vaxtda Rusiya strateji əhəmiyyətə malik Mariupol şəhərini nəzarətə götürdüyünü iddia edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi