Reznikovdan KRİTİK MÜRACİƏT: "Ukraynanı son dərəcə çətin həftə gözləyir"
Qarşıda Ukraynanı Rusiyanın hücumuna görə bir neçə çətin həftə gözləyir".
Xəbər verilir ki, bu barədə Ukrayna Müdafiə naziri Oleksiy Reznikovun müraciətində deyilir .
Nazir qeyd edib ki, ümumilikdə Kremlin şərinə qarşı Ukraynanı dəstəkləyən koalisiya güclənir:
"Ukraynaya yardım artacaq, lakin yaxın günlərdə bizim bütün möhkəmliyimiz və qeyri-adi birliyimiz lazım olacaq. Eyni zamanda, mən istəyirəm ki, hamımızın gözləntiləri düzgün olsun. Qarşıda bir neçə son dərəcə çətin həftələr var. Sazişlərin praktiki icrası, təlim və logistika müəyyən vaxt tələb edir. Rusiya isə artıq Ukraynanın şərqinə genişmiqyaslı hücum üçün qüvvələr toplayıb".
Nazir qeyd edib ki, dünən, ABŞ-ın Almaniyadakı Ramşteyn aviabazasında təkcə Aİ və NATO ölkələrinin deyil, həmçinin Afrika, Yaxın Şərq dövlətləri də daxil olmaqla 40-dan çox ölkənin müdafiə idarələrinin nümayəndələri arasında görüş keçirilib. Görüşdə həmçinin Fars körfəzi, Asiya-Sakit okean bölgəsinin rəsmiləri də iştirak ediblər.
"Bu, əsl koalisiyadır, məqsədi sadəcə Kremli cilovlamaq deyil, Rusiya istibdadını məğlub etmək, sivil dünyanın bu müharibədə qalib gəlmək imkanını təmin etməkdir", - Reznikov vurğulayıb.