“Putin onun bütün xahişlərini rədd edib...” – BMT-nin baş katibi Moskvadan əliboş qayıdır
“Quterreşin Moskvada Vladimir Putin və Sergey Lavrovla görüşü nəticəsiz qalıb”.
Bu sözləri açıqlamasında politoloq Elxan Şahinoğlu BMT-nin baş katibi Antonio Quterreşin Moskvada Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovla görüşünü şərh edərkən deyib.
Onun sözlərinə görə BMT baş katibinin Kremldən iki xahişi olub:
“Rusiya Ukraynada işğalçı müharibəni dayandırsın və Mariupoldan mülki insanların çıxarılmasına şərait yaradılsın. Kreml isə Quterreşin hər iki xahişini rədd edib”.
BMT baş katibinin Moskvadan əvvəl Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdüyünü xatırladan ekspert bunları deyib:
“Bu faktın özü də BMT-nin Türkiyənin Rusiya ilə Ukrayna arasında vasitəçiliyinə verdiyi müsbət qiymətə dəlalət edir. Buna baxmayaraq, Kreml Ankaranın təşəbbüslərini qulaqardına vurmaqda davam edir. Türkiyə rəsmiləri Kremlə təklif edirlər ki, Türkiyənin mülki gəmiləri Mariupol sakinlərini liman üzərindən təhlükəsiz yerə daşısın. Kreml isə bu məsələyə heç cavab da verməyib”.