Evli kişidən hamilə qalan müəllim həmkarlarını görün necə ŞANTAJ ETDİ
Fransanın Luvyer kommunasındakı məktəbdə kişilərin yuxusunu ərşə çəkən şəxs tapılıb.
Lent.az-ın xəbərinə görə uzun müddətdir kimsə kişi müəllimlərin elektron poçtuna təhdid mesajları göndərir, bəzən bu məktubları avtomobillərin şüşəsiləninin altına qoyurdu. Artıq hamı hamıdan şübhələnir, kişilər müəllimlər otağına girməyə qorxurdular.
Lakin bu günlərdə məsələnin əsli üzə çıxıb. Məlum olub ki, subay müəllimə evli iş yoldaşından hamilə qalıb. Gənc qadın uşağı saxlamaq istəsə də, bioloji ata buna etiraz edib. Çıxış yolu kimi kişi həmkarlarından kömək istəyən müəllimə istəyinə çatmadığı üçün məktub yazaraq onlara anonim şəkildə hədə-qorxu gəlib. İş aşkara çıxdıqdan sonra məktəbin kollektivi məhkəməyə müraciət edib.
Məhkəmənin hökmü ilə müəllimə 1 il şərti olaraq azadlıqdan məhrum edilib. Qadın həmçinin həmkarlarına 13 000 avro təzminat ödəməli, psixoloji müalicə kursu keçməli və işdəki kişilərə yaxınlaşmamalıdır. Buna görə də, o, məktəbin yalnız ikinci korpusunda tədris apara bilər.