azia.az
azia.az

Kadırovun Putinlə xoşagəlməz söhbəti olub

25-04-2022, 07:43

Kadırovun Putinlə xoşagəlməz söhbəti olub
Söhbət Kiyev yaxınlığında işğalçıların məğlubiyyətindən sonra olub.

"Onların əhval-ruhiyyəsi dərhal aşağı düşdü - bizim qoşunlarla döyüşə girmədən, sadəcə aviasiya və artilleriya zərbələrindən sonra. Əldə etdiyimiz məlumata görə, sonra Kadırovun Putinlə real döyüş qabiliyyəti barədə çox xoşagəlməz söhbət olub", - deyə Aretsoviç davam edib.

Daha sonra "kadırovçular" Mariupola köçürülüb. Kadırov şəxsən ora general-leytenant rütbəsi aldığına görə, öz qoşununun qarşısında çıxış etmək üçün gəlib. Aretoviçin dediyinə görə, bundan sonra "kadırovçular" döyüşlərdə iştirakının sübutu kimi səhnələşdirilmiş videolar çəkməyə başlayıb.

Xatırladaq ki, son videoların birində Kadırovun əsgərləri növbəti dəfə aşağı döyüş qabiliyyətini nümayiş etdirib. Döyüşçü minaatanı təkbaşına doldura bilməyib və ruslardan birinin bunu etməsini gözləyib.

Əldə etdiyimiz məlumata görə, döyüşlərdə 5 min "kadırovçu" öldürülüb.

Qeyd edək ki, Kadırovun ordusu nəinki Ukraynda, hətta Rusiyada belə "Tik-Tok döyüşçüləri", yaxud "TikTokerlər" adlandırılırlar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi