azia.az
azia.az

İsrail Çinin hədiyyə etdiyi termofincanlarda “böcəklərin” olmasından şübhələnir

13-04-2022, 08:14




İsrail Çinin hədiyyə etdiyi termofincanlarda “böcəklərin” olmasından şübhələnir
İsrail Çinin hədiyyə etdiyi termofincanlarda “böcəklərin” olmasından şübhələnir
İsrail kəşfiyyat xidməti Çin səfirliyi tərəfindən bağışlanan termofincanlarda “casus böcəkləri”nin olub-olmadığını yoxlamaq qərarına gəlib. Bu barədə məlumat “The Jerusalem Post” qəzetində dərc olunub.

“Vəziyyət aydın deyil, Baş Təhlükəsizlik Xidməti (Şabak və ya Şin-Bet, əks-kəşfiyyat fəaliyyəti və daxili təhlükəsizliyin təminatı məşğul olan xüsusi xidmət orqanı) insidentlə bağlı araşdırmaya başlayıb”, – deyə diplomatik mənbələrə istinadən qəzet yazıb.

İnnovasiya, elm və texnologiya naziri Orit Farkas-Hakoen üçün hədiyyə olaraq nəzərdə tutulan fincanlardan birinin içərisində dinləmə qurğusuna bənzəyən şübhəli əşya aşkar olunub. İsrail dövlət qurumlarına göndərilən bütün hədiyyələr araşdırmaların davamı məqsədilə geri götürülüb.

Öz növbəsində Çin səfirliyi bildirib ki, izləmə cihazları ilə bağlı xəbər “İsrail-Çin münasibətlərini pozmaq istəyən qüvvələr” tərəfindən yayılan “əsassız şayiədir”.//Oxu.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi