azia.az
azia.az

Ukraynada Kadırov qruplaşmasının komandiri Stinqer MƏHV EDİLDİ

4-04-2022, 08:21


Ukraynada Kadırov qruplaşmasının komandiri, Rusiyanın Qroznı şəhərindən olan Ruslan Əzizov (Stinqer ləqəbli) məhv edilib.

Ukrayna mediasına istinadla məlumata görə, Stinqerin harada məhv edildiyi hələlik bildirilmir.
Ukraynada Kadırov qruplaşmasının komandiri Stinqer MƏHV EDİLDİ
Bu barədə müxalif çeçen bloger Xasan Xalitov Telegram kanalında məlumat yayıb.

Xalitov Əzizovun məhv edilməsi barədə qohumuna məlumat verən kadırovçulardan birinin telefon danışığının dinlənilməsini yayıb.

Daha sonra o, kadırovçuların öldürülmüş komandirinin şəklini dərc edib: “Stinqer” Stinqeri məhv edəndə” başlığı ilə.

Əzizovun məhv edilməsi ilə bağlı məlumatı Odessa hərbi administrasiyasının spikeri Sergey Bratçuk da təsdiqləyib.

“O, Ukraynaya gəldi və utilizasiya edildiyi üçün video çəkməyə vaxt tapmadı və indi yalnız bir fotoşəkil qaldı. Kadırovçuların özləri isə Stinqer ləqəbli komandirləri Ruslan Əzizovun ölümünü artıq təsdiqləyiblər”, - Sergey Bratçuk özünün Telegram kanalında yazıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi