"Taliban"dan ŞOK QADAĞA: Kişi və qadınlar..
"Taliban" rejimi istirahət parklarında kişi və qadınların bir arada olmaması üçün yeni qayda tətbiq edib.
Xəbər verilir ki, Fəzilət Nazirliyinin yeni qaydasına görə, Əfqanıstan İslam Əmirliyindəki istirahət parklarında qadınların yalnız bazar, bazar ertəsi və çərşənbə axşamı, kişilər isə yalnızca çərşənbə, cümə axşamı, cümə və şənbə günləri parklarda istirahət etmələri mümkündür.
Qadınlar üçün nəzərdə tutulmuş günlərdə isə qadınlar baş örtüyü qaydalarına riayət edərək (baş, boyun, saç, bəzi hallarda isə üz və göz də qapalı olmalıdır - red.) parklarda istirahət edə bilərlər.
Qadınlar üçün müəyyən edilmiş günlərdə parklarda kişi olarsa və ya kişilərin günündə qadın olarsa, cinayət işi başladılacaq və şəriətə uyğun cəza veriləcək.