Rusiyanın işğalına etiraz edən ukraynalılar Xerson küçələrinə axışdılar - VİDEO
RF Silahlı Qüvvələrinin nəzarətində olan Ukraynanın Xerson şəhərində yerli sakinlər Rusiyanın işğalına etiraz olaraq küçələrə çıxıblar. Sosial şəbəkələrdə yayılan videolarda nümayişdə minlərlə insanın iştirak etdiyi görünür. Etirazçılar “Xerson Ukraynanı dəstəkləyir” şüarı səsləndiriblər.