azia.az
azia.az

ATƏT ABŞ-dakı seçkiləri tənqid edib

10-11-2016, 09:28

ATƏT ABŞ-dakı seçkiləri tənqid edib
Rəsmi Vaşinqtonun ATƏT qarşısında götürdüyü öhdəliklərə zidd olaraq, beynəlxalq müşahidəçilərə bütün ştatlarda prezident seçkilərini izləməyə imkan verilməyib

PİA.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə ATƏT-in ABŞ-da keçirilmiş prezident seçkilərinə dair yaydığı bəyanatda deyilir.

"Bir çox ştatlar seçkilərə müşahidəni tam şəkildə tənzimləmir, prezident seçkilərinə əcnəbi müşahidəçilərin buraxılması məsələsinə dair qərarları ştatın və yaxud dairənin rəsmiləri verir. ABŞ-ın ATƏT qarşısında götürdüyü öhdəliklərə zidd olaraq erkən səsvermə zamanı və noyabrın 8-də beynəlxalq müşahidəçilərə bütün ştatlarda seçki prosesini izləməyə imkan verilməyib", bəyanatda vurğulanır.

ATƏT-in hesablamalarına görə, ölkədə səsvermə hüququna malik olan 35 milyon seçici seçkilərdə iştirak etmək üçün qeydiyyata alınmayıb.

ATƏT missiyası həmçinin bildirib ki, mövcud qaydalar prezident postu uğrunda mübarizə aparmaq üçün kiçik partiya nümayəndələri və müstəqil namizədlərə çətinlik yaradır. Məlumata görə, ABŞ-dakı seçkilərə dair yekun məruzə 2-3 aydan sonra dərc ediləcək. Qeyd edək ki, seçki prosesini 44 ölkəni təmsil edən 300-dən çox beynəlxalq müşahidəçi izləyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi